11:24 06.03.2020 1412

Elvin Məmmədov: "Diviziona getməkdənsə, futbolu ataram" (MÜSAHİBƏ)

Fanat.Az qış fasiləsində "Zirə”dən ayrıldıqdan sonra klubsuz qalan Elvin Məmmədovun "Report”a müsahibəsini təqdim edir:

- Hazırda təklif aldığınız, danışıq apardığınız klub və ya klublar varmı?

- Xeyr, hələ heç nə yoxdur.

- Hətta azad agent statuslu futbolçuları heyətinə qatmaqla tanınan "Sabah" klubu da sizinlə maraqlanmadı?

- Yox.

- Əvvəllər azərbaycanlı futbolçular klubsuz qalanda Türkiyənin aşağı liqalarına, ölkə xaricində nisbətən zəif çempionatlara üz tuturdular. Əcnəbi klublardan da maraqlanan olmayıb?

- Açığı, mən özüm də maraqlanmamışam, hər hansı addım atmamışam. Çünki onlarda da çempionat davam edir. Bundan sonra oralara gedib hansısa klubda möhkəmlənməyim bir qədər çətin olar. Ona görə də bu barədə heç fikirləşmədim.

- Onda belə çıxır ki, mövsümün sonuna kimi klubsuz qalacaqsınız?

- Bəli, mövsümün sonuna kimi futbol oynamayacağam. Fərdi qaydada məşq edirəm. Fitnesə, qaçmağa gedirəm. Arada yaxın uşaqlarla futbol oynayırıq.

- Yəqin ki, klubsuz olsanız da, Azərbaycan Premyer Liqasının oyunlarını izləyirsiniz.

- Əlbəttə, oyunlara baxıram.

- "Zirə” qış fasiləsindən sonra keçirdiyi 5 oyundan 4-də uduzub və ümumilikdə 14 qol buraxıb. Komandanın düşdüyü vəziyyəti necə dəyərləndirirsiniz?

- İnanın ki, "Zirə”, Zaur Həşimov haqqında heç nə demək istəmirəm. Çünki bundan sonra nəsə deməyim mənasızdır. Ona görə də danışmağa ehtiyac görmürəm. Komandanın baş məşqçisi var, özü bilər. Fikir bildirsəm, başqa mənalar verər.
 


- Sizcə, "Zirə”nin enişinin başlıca səbəbi nədir?

- Yenə deyirəm, bu barədə danışmaq istəmirəm. Əslində deməyə sözlərim var. Amma yanlış anlaşılar deyə, fikir bildirməyə ehtiyac yoxdur. Bəziləri fikirlərimi düzgün başa düşə bilər, bəziləri isə düşünər ki, Elvin komandadan çıxıb, ona görə belə danışır.

- Təklif gəlsə, I Divizionda oynayarsınız?

- Bilirsiniz, necədir? Əslində hansısa klubun ikinci komandasında oynamaq qəbahət deyil. Çünki oynamışam, bilirəm. Deyək ki, hansısa klubdayam, zədə almışam, əsas heyətə düşə bilmirəm. Bu halda əvəzedici komandada oynamaqda heç bir problem görmürəm. Amma qərəzli şəkildə addım atılanda mənə pis təsir edir. Divizionda oynamaq barəsində düşünməmişəm. Ən pis halda futbolu atmağa belə hazıram. Qeyri-adi bir şey yoxdur. Bu durum məni qətiyyən narahat etmir. Hər bir futbolçunun başına gələ biləcək işdir. Bununla yanaşı, başqa nümunələr də var. Məsələn, 6 ay futbol oynamayan futbolçular Premyer Liqada çıxış edirlər. Ümid edirəm ki, yayda özümə komanda tapa biləcəyəm. Çünki futbola sevgim, gücüm hələ var. Olmasa, futbolu ataram. Lakin 32 yaş hələ tezdir.

- Bəs yayda klub tapmasanız, necə, I Divizion klubuna keçərsiniz?

- Çempionatın durumu bəllidir. I Divizionda hansı komandada oynamaq olar? Əsas komanda başqadır. Divizionda heç vaxt oynamaram. Bunun üçün səbəblər çoxdur. Bu qədər ad-san qazanmısan, hansısa şayiəyə qurban gedə bilərsən. Ona görə də aşağı dəstəyə getmərəm.

- Azərbaycan yığması UEFA Millətlər Liqasının C Liqasında Kipr, Monteneqro və Lüksemburqla eyni qrupa düşdü. Təcrübəli futbolçu, millinin sabiq üzvü kimi şansları necə dəyərləndirirsiniz?

- Düşünürəm ki, ilk mövsümlə müqayisədə indi daha çətin qrupa düşmüşük. Əvvəlkində Malta, Farer adaları kimi komandalar var idi. Dişimizə uyğun, hətta daha zəif yığmalar idi. İndiki rəqiblərin isə hamısı bizdən yaxşıdır. Çox çətin qrupdur. Düzdür, adlara baxanda düşünürsən ki, niyə də çıxmaq olmasın. Reallığa qalanda isə rəqiblər yaxşı futbol oynamağı bacarırlar. Amma yenə də ümidlə baxmaq lazımdır. Futbolda hər şey mümkündür. Startı necə götürdünsə, elə də davam edəcək.

- Milli komandanın baş məşqçi vəzifəsi boşdur. Sizcə, yığmaya yerli, yoxsa əcnəbi mütəxəssis başçılıq etməlidir?

- Məncə, ən birinci baş məşqçini seçmək lazımdır. Çünki artıq gecikirik. Hər məşqçinin öz sistemi, fəlsəfəsi var. Kim gəlir-gəlsin, əsas odur, komandaya xeyir versin. Hər birimizin istəyi budur. Fikrimcə, Azərbaycan futbolunu, mentalitetini yaxşı bilən mütəxəssis olmalıdır. Çünki ölkə xaricində oynayan futbolçularımız çox azdır. Bu, Azərbaycanı yaxşı tanıyan əcnəbi də ola bilər. Amma milliyə azərbaycanlı mütəxəssis başçılıq etsə, daha yaxşı olar. Mətbuatı izləyirəm, son vaxtlar Rəşad Sadıqovun adı hallanır. Onu daha çox ön plana çıxarırlar. Niyə də Azərbaycanın Şevçenkosu olmasın?! Bütün futbolçuları yaxşı tanıyır. Hərtərəfli dəstək olsa, düşünürəm ki, milliyə xeyir verə bilər.

- Ölkə xaricində çıxış edən azərbaycanlı futbolçuların az olduğunu qeyd etdiniz. Son vaxtlara qədər Emil Balayev legioner həyatı yaşayırdı, o da qayıtdı və "Zirə”yə keçdi. Buna münasibətiniz necə oldu?

- Mən Balayevdə bir günah görmürəm. Düzgün addım atdı. Gərək, variant olsun ki, başqa ölkəyə getsin. Fərdi hazırlıqla komanda məşqi eyni deyil. Milli komandanın 3 əsas qapıçısından biri də Emildir. Formada qalmaq üçün mütləq oynamalıdır. Onu da başa düşmək lazımdır. Variant olmayıb deyə, bu addımı atıb. Balayevə haqq qazandırıram. Bu, təkcə qapıçıdan asılı olan məsələ deyil.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

Facebookdan bizi izləməyi unutmayın.
X