11:54 06.03.2020 1670

AFFA-nın vitse-prezidenti: "Yığmada əcnəbi baş məşqçi işləməlidi"

Fanat.Az AFFA-nın vitse-prezidenti, İcraiyyə Komitəsinin üzvü Rauf Əliyevin Oxu.Az-a müsahibəsini təqdim edir.

– Millimizin Millətlər Liqasında düşdüyü qrupu necə dəyərləndirirsiz?

– Ötən dəfə Millətlər Liqasında yaxşı qrupa düşmüşdük. Buna görə də qrupdan çıxacağımıza ümidli idik. Amma istəyimiz alınmadı...

– Amma gördük ki, Kosovo millisi də güclü komandadı...

– Demək olmaz ki, güclü çıxdı. Sadəcə, bizdə alınmadı. İdmandı, bir gün belə olur, bir gün başqa cür. Amma budəfəki püşkatma göstərdi ki, bizim qrupdan çıxmaq şansımız var. Lüksemburqla əvvəl oynamışıq. Kipr elə də güclü komanda deyil. Monteneqrodan da geri qalan komanda deyilik. Sadəcə olaraq, qrupdan pley-offa vəsiqə qazanmaq üçün bizdə əzmkarlıq, məşqlərdə tələbkarlıq olmalıdı.

– Orada Lüksemburq millisi zəif görünə bilər. Amma son illər Lüksemburq futbolu inkişaf edib...

– Bir Lüksemburq deyil. Bu və digər ölkələrin yığma komandalarının hamısı bir səviyyəyə çatıb. Amma o demək deyil ki, bizdən güclüdürlər. Biz də bir səviyyəyə çatmışıq. Bizdə də inkişaf prosesi gedir. Bizə elə bil ki, Allah bu püşkü, bu komandaları göndərdi. Məsələn, Estoniya, Şimali Makedoniya kimi komandalar da düşə bilərdi. Onlar Ermənistanla düşdü. Bizdə isə çox yaxşı qrupdur. Ona görə də bütün gücümüzü qoymalıyıq ki, bu mərhələni keçək. Çünki şansımız var.

– Millimizin baş məşqçi postu hələ ki boşdu. Namizədlərin siyahısı da artıq qısaldılıb. Deyilənə görə, baş məşqçi postuna ən yaxın namizəd italiyalı Canni de Byazidi...

– Onu indi mən deyə bilmərəm. Bu, AFFA İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq. Ondan sonra elan olunacaq.

– AFFA İcraiyyə Komitəsinin üzvü və vitse-prezidenti kimi millidə yerli, yoxsa əcnəbi məşqçinin çalışmasını istəyirsiz?

– Bunu İcraiyyə Komitəsinin iclasında da demişəm. Şəxsi fikrim belədi ki, əcnəbi məşqçi olsun. Onun yanında köməkçisi azərbaycanlı olsun, buna etiraz etmirəm. Azərbaycanda peşəkar məşqçilərimiz, veteranlarımız var. Heç kim etiraz etmir ki, onlar kənarda qalsın. Onlar futbolun inkişafına cəlb olunmalıdı. Amma şəxsi fikrimdi ki, bu gün yığma komandada əcnəbi baş məşqçi işləməlidi.
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
23:55

"Qalatasaray" belçikalı qapıçını istəyir

23:25

"Arsenal" heyətini gücləndirib

22:20

"Qarabağ" növbəti transferini açıqladı - RƏSMİ

22:10

"Qarabağ" növbəti yoxlama oyununda qüvvəsini sınayıb

21:50

Türkiyəli gənc ulduza Avropa nəhəngləri elçi düşüb

21:15

"Liverpul"un sabiq futbolçusu yenidən İngiltərədə

20:45

"Arsenal"ın ulduzu "Fənərbağça" yolunda

20:05

UEFA Konfrans Liqası: “Zirə” - "Hayduk” matçının hakimləri məlum olub

19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

Facebookdan bizi izləməyi unutmayın.
X