Koronavirus infeksiyası İngiltərə Premyer Liqasına da öz təsirini göstərib.
Fanat.Az xəbər verir ki, liqa rəhbərliyi oyunlardan öncə ənənəvi salamlaşma mərasimini qadağan edib. Yeni qərara qədər futbolçuların və hakimlərin görüşməsinə icazə verilməyəcək.
Premyer Liqanın bəyanatında digər protokol qaydalarında indilik dəyişikliklərin nəzərdə tutulmadığı bildirilib.
Fanat.Az