Almaniya 2-ci Bundesliqasında 25-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge” Drezden "Dinamo"sunun qonağı olub.
Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib. Start heyətdə meydana çıxan Nazarov 65-ci dəqiqədə əvəzlənib.
34 xalı olan Aue təmsilçisi 18 komanda arasında 8-cidi.
Fanat.Az