"Azərbaycan futboluyla maraqlanıram. Mən orda olanda futbol oynayanların çoxu indi Premyer Liqa klublarında baş məşqçi qismində fəaliyyət göstərir”.
Bunu Fanat.Az-a açıqlamasında "İnter”in (indiki "Keşlə”) sabiq çalışdırıcısı Valentin Xodukin deyib. Azərbaycan çempionu olmuş ukraynalı mütəxəssis Məşqçilər Komitəsində cəmləşən veteranların düşdüyü duruma da özünəməxsus şəkildə reaksiya verib. 81 yaşlı mütəxəssis belə deyib: "Azərbaycan futbolunu daha yaxşı səviyyəyə çatdırmaq üçün yaxşı şərait yaradılıb. Amma futbolu bilmək, doğru olanı etməyi bacarmaq da olduqca önəmlidi. Məşqçilər Komitəsində əyləşən mütəxəssislər? Nə etmək olar, bu da bir reallıqdı. Kasıblara əmr etmək asandı (Бедным легко указывать)”.
Fanat.Az