Koronavirus epidemiyasının yayılması səbəbindən İtaliyada bütün idman yarışları aprelin 3-nə qədər dayandırılıb.
Fanat.Az xəbər verir ki, bu barədə baş nazir Cuzeppe Konte məlumat yayıb. İtaliya klublarının beynəlxalq turnirlər çərçivəsində keçirəcəyi oyunlar bura aid edilmir.
İlk olaraq İtaliya Milli Olimpiya Komitəsinin (CONI) bazar ertəsi keçirilən fövqəladə iclasından sonra bu yöndə təklif irəli sürülmüşdü.
Qeyd edək ki, İtaliyada 9 mindən çox koronavirus daşıyıcısı var. Ölkədə 450-dən çox insan epidemiya səbəbindən dünyasını dəyişib.
Fanat.Az