Rusiya çempionatının 1-ci divizionunda 26-cı turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda "Tomsk” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0. Kamran 72-ci dəqiqədə oyuna qoşulub. Cari mövsüm 8 qol vuran azərbaycanlı forvard bu dəfə meydanı qolsuz tərk edib.
26 tura 53 xal yığan "Ximki” 20 kollektivin yer aldığı turnir cədvəlində 2 liderdən biridi.
Fanat.Az