"Xetafe" UEFA-ya müraciət ünvanlayıb.
Fanat.Az xəbər verir ki, Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində "İnter"lə qarşılaşmalı olan İspaniya təmsilçisi koronavirus epidemiyasının geniş yayılması səbəbindən oyun günü İtaliyaya yollanmaq istəyir. "Xetafe" rəhbərliyi bu barədə Avropanın ali futbol qurumuna müraciət edib.
Mövcud qaydalara görə, səfər komandası oyundan bir gün əvvvəl matçın keçiriləcəyi şəhərdə olmalı və mətbuat konfransı keçirilməlidi. Lakin UEFA-nın İtaliyadakı vəziyyəti nəzərə alaraq "Xetafe"nin tələbini qiymətləndirəcəyi gözlənilir.
"İnter" - "Xetafe" oyunu 12 martda keçiriləcək.
Qeyd edək ki, koronavirusla əlaqədar olaraq İtaliyada bütün idman yarışları aprelin 3-nə kimi dayandırılıb.
Fanat.Az