Başqırdıstan "Ufa”sında əsas heyət üzvü sayılan Azər Əliyevin Millətlər Liqasının ilk oyununa qədər Azərbaycan millisinə cəlb edilməsi AFFA-nın əsas hədəflərindəndi.
Fanat.Az-ın məlumatına görə, son olaraq Əliyevlə qurumun icraçı vitse-prezidenti və baş katibi olan Elxan Məmmədov özü əlaqə saxlayıb. Cinah yarımmüdafiəçisi öz şərtlərini irəli sürsə də, Məmmədova konkret cavab verməyib.
İK-nın Novruz ərəfəsində baş tutacağı güman edilən növbəti iclasından sonra assosiasiyanın bu istiqamətdə hərəkətə keçəcəyi gözlənilir. Təbii, tərəflər maddi və digər tələblər baxımından ortaq məxrəcə gələ bilsə...
Fanat.Az