"Liverpul" Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində "Atletiko" ilə oynanılacaq matçda kapitan Cordan Hendersonun xidmətindən istifadə edə biləcək.
Fanat.Az xəbər verir ki, Madrid klubu ilə səfər görüşündə dizaltı vətərindən zədə alan Henderson artıq bərpa prosesini tamamlayıb və oynamağa hazırdı.
Qapıçı Alisonun isə meydana çıxmaq ehtimalı yoxdu. Braziliyalı qolkiper ombasından zədə alıb.
Fanat.Az