"Liverpul"un baş məşqçisi Yürqen Klopp Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Atletiko" ilə oynanılan cavab matçının yekunlarını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, alman çalışdırıcı "Atletiko"nun niyə əks-hücum futboluna üstünlük verdiyini anlamadığını bildirib:
"Komandanın oyunundan tamamilə razıyam. Belə rəqiblərə qarşı oynamaq çox çətindi. "Atletiko"nun niyə belə futbol oynadığını başa düşmürəm. Çox yüksək səviyyəli komandadılar və əsl futbol oynamaq gücünə malikdilər. Buna baxmayaraq, geridə gözləyərək əks-hücumlardan faydalanmağa çalışırlar.
Hər nə qədər ədalətsiz olsa da, nəticəni qəbul edirik. "Luzer" olduğumu bilirəm. Xüsusilə də komandalarım iki dördlü blokla müdafiə olunan, dünya səviyyəli rəqiblərlə qarşılaşanda bu, məlum olur.
Razıyam, son iki ildə şans bizim yanımızda idi. Əks halda ardıcıl iki mövsüm Çempionlar Liqasında final oynaya bilməzdik. Amma bu gün həlledici anlarda bəxt bizdən üz döndərdi".
Fanat.Az