Çempionlar Liqasında sabah start veriləcək qrup mərhələsinin son turunun oyunları öncəsi aktivində 8 qol olan "Real"ın superstarı Kriştiano Ronaldo və PSJ-nin ulduzu Zlatan İbrahimoviç rekordun bir addımlığındadı. Fanat.az xəbər verir ki, hər iki uldzu turnirin qrup mərhələsinin ən çox qol vuran oyunçusu adını qazana bilər.
2002/03 mövsümündə argentinalı Ernan Krespo və italyan Filippo İnzaqi, 2004/05 mövsümündə isə holland Ruud van Nistelrooy 8 qol vurub. Ronaldo və İbrahimoviç isə cari mövsümdə bu nəticəyə imza atıb. Onlar son turda qol vuracaqları halda yeni rekord müəyyənləşdirəcəklər.
Zədə səbəbindən komandasının son 3 oyununda meydana çıxmayan Ronaldo sabah "Kopenhagen"lə səfər oyununda iş başında olacaq. İbrahimoviçli PSJ isə səfərdə "Benfika" ilə üz-üzə gələcək.
Fanat.az