11:17 13.03.2020 2449

Baş katib Atletika Federasiyasını necə idarə edir? - ARAŞDIRMA

"Qazanmağı öyrən!” – Bu sloqan məşhur investisiya şirkətlərindən birinə məxsusdu. Şirkətin reklam siması isə həmyerlimiz, yüngül atletika üzrə dünya çempionu Ramil Quliyevdi. Həmin Ramil Quliyev ki, Türkiyənin atletika üzrə ilk qızıl medalını qazanıb. Bizim üçün də qazana bilərdi, ancaq bunun üçün ilk növbədə şərait olmalıydı. 

Azərbaycanda yüngül atletika üçün arzulanan şəraitin olmamasından şikayətlənən idmançı 2010-cu ildə Türkiyəyə köçdü. 2011-ci ildə, Azərbaycan Atletika Federasiyası (AAF) ilə məlum qarşıdurmadan sonra Türkiyəni təmsil etməyə başladı.

Quliyevin niyə Azərbaycandan getdiyini, nələrdən gileyləndiyini öyrənmək üçün Fanat.az olaraq, kiçik araşdırma aparmaq qərarına gəldik və acı həqiqətlə tanış olduq.

Əlverişsiz məşq bazası

Federasiyanın əsas məşq bazası bərbad vəziyyətdədi. Qaçış üçün nəzərdə tutulmuş maneələr dünya standartlarına cavab vermir. AAF bir müddət öncə məşq bazasının yeni maneələrlə təmin ediləcəyini bildirsə də, sonradan hər şeyin olduğu kimi qalmasına qərar verildi. Başqa sözlə, idmançılar beynəlxalq arenalardakından fərqli şəraitdə məşq keçməyə məhkum edilib. Mövcud durumda hansı uğurlardan, ciddi nəticələrdən danışmaq olar?!

Məlum oldu ki, manej bayram, eləcə də qeyri-iş günlərində isidilmir. Eyni zamanda, standartlara cavab verən, istiliklə təmin olunmuş paltardəyişmə otaqları və duş kabinələri yoxdu. Yığma komandanın üzvlərinin tez-tez xəstələnmələri onların məşqlərə davamlı şəkildə qatılmasına əngəl yaradır və bu da yekunda nəticələrə mənfi təsir edir.

İdmançılar yay mövsümündə məşq bazası kimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasının (ADBTİA) stadionundan yararlanır. Sözügedən təhsil müəssisəsində dərslər səhər saat 9:00-dan 19:00-dək davam etdiyinə görə, yığma üzvləri normal qaydada çalışa bilmir.

Kadr çatışmazlığı və seleksiya işindəki qüsurlar

Azərbaycan yığması yüngül atletika üzrə yarışlarda regionun ən zəif nəticə göstərən komandaları siyahısında yer alıb. Uğursuzluğa səbəb olan əsas amilləri aradıqca üzücü reallıqla - kadr çatışmazlığıyla üz-üzə qaldıq. Elə seleksiya işində də yetərincə qüsürlar var. 

Hətta mütəxəssis qıtlığına toxunmadan digər məqamlar üzərində dayanmaq yersiz alınar. Ölkəmizdəki məşqçilərin bilik səviyyəsini artırmaq üçün xaricdən savadlı mütəxəssislər dəvət olunmalı, seminarlar və kurslar keçirilməlidi. Bu, təkcə paytaxt Bakıda yox, bütün regionlar üzrə tətbiq edilməlidi. Düzgün inkişaf strategiyası müəyyənləşdirilsə, regiondakı perspektivli idmançıların ortaya çıxarılması da asanlaşar.

Formal təlim-məşq toplanışları

Yığma komandaların nəticələrinin yaxşılaşdırılması üçün keyfiyyətli hazırlıq mərhələsi keçmələri zəruridi. Təəssüf ki, təlim-məşq toplanışlarının sayı lazım olandan azdı və hazırlıqlara çox az sayda idmançı cəlb olunur. Bu problemi aradan qaldırmaq üçün yerli toplantılar regionlara salınmalı, yığma komandanın məşqçilərinin regionlardakı məşqçilərlə birgə fəaliyyəti təmin olunmalıdı. Eləcə də ölkə sərhədlərindən kənarda keçirilən toplanışlara aparılan idmançıların sayı artırılmalıdı.

Yeniyetmələr və gənclər niyə bu idmandan soyuyur?

9-10-cu siniflərdə oxuyan yeniyetmələrin idmanı kütləvi şəkildə tərk etmələri müşahidə olunur. Səbəb kimi, idmançıların universitetə hazırlaşmaları göstərilir. Çıxış yolu bu ola bilər ki, ADBTİA-da imtiyazlı qəbul məsələsinə yenidən baxılsın, qəbul qaydaları daha da sadələşdirilsin. Statistikaya görə, hal-hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasında təhsil alan 1000 tələbədən təxminən 50-80 nəfəri həqiqi idmançıdı.

Maddi təminatla bağlı problemlər

Bizdə olan bilgiyə görə, idmançıların maddi ehtiyaclarının qarşılanması demək olar ki, "0” səviyyəsindədi. Aylıq əməkhaqqı ala bilməyən idmançılar geyim dəstləri ilə də alayarımçıq təmin olunmur. Gənclərdə bu idman növünə maraq oyatmaq, motivasiya yaratmaq üçün belə problemlərin aradan qaldırılması önəmlidi.

Bacarıqsız məşqçilər

Son dəfə EYOF-2019-da komanda, ümumiyyətlə, medal qazana bilmədi. Bu, son illərin ən aşağı nəticəsi sayılır. Nə qədər qəribə səslənsə də, bu uğursuzluqdan sonra heç bir tədbir görülmədi, hesabat verməli və məsuliyyət daşımalı olan məşqçilər korpusu yenə də öz işini davam etdirir.

Ən böyük problem - Baş katib Məhərrəm Sultanzadə

Əməkdaşlarla kobud rəftar edən biri kimi tanınan Məhərrəm Sultanzadə əslində uğursuzluqda məsuliyyət daşıyan birinci şəxsdi. Federasiyanın Baş katibi tərəfindən yaradılan büroktratik əngəllər işgüzar mühitin yaranmasına mane olur. Onun rəhbərlik etdiyi qurumda inzibati məsələlərlə məşğul olanlarla məşqçi heyəti arasında qarşılıqlı fəaliyyət də iflic vəziyyətindədi.

Klub sistemi yaradılmalıdı 

Federasiyanın işində canlılıq və effekt yaratmağın çxış yollarından biri də klub sisteminə keçid ola bilər. Belə bir sistemə ehtiyacın yaranması ali idman təhsilli məşqçilərin işsizlik problemlərini də həll edə bilər. Bu sistem yaradılsa, bu sahədə kütləviliyin artırılmasına da müsbət təsir edər. 

Bu sayda yarış olmaz

Beynəlxalq yarışlarda medal qazanmağı qarşıya məqsəd qoyan federasiya ümumiyyətlə gənclərin yarışlarını keçirmir. Böyüklər arasında isə il ərzində cəmi 2-3 yarış keçirilir ki, bunlar da gözdən pərdə asmaq üçün "Azərbaycan çempionatı” , "Bakı çempionatı” adı altında təqdim olunur.

Faydasız legionerlər

İllərdi ki, AAF qısa müddətdə yüksək nəticəyə imza atmaq üçün yığmaya legionerlər gətirir, yerli idmançıları isə kənar saxlayır. Fəqət bu siyasət də özünü doğrultmur. Ölkəsinə lazım olmayan, belə desək, "ikinci növ məhsullar”la uğur qazanmaq istəyi effekt vermir. Bəli, məhz federasiya rəhbərliyinin yarıtmaz siyasəti nəticəsində Azərbaycanda yüngül atletika fiaskoya uğrayıb. Böyüklər arasında yerlilərdən 1-2 nəfər peşəkar idmançı varsa, gənclər və yeniyetmələrlə bağlı durum daha acınacaqlıdı. Təəssüf ki, bu gedişlə tənəzzül bir qədər də dərinləşəcək.

Nə etməli?

Yuxarıda müəyyən etdiyimiz neqativ hallar və çatışmazlıqlar Azərbaycanda yüngül atletikanın inkişafını ləngidir, olduqca ciddi fəsadlara yol açır. Çoxşaxəli problemlər tezliklə aradan qaldırılmasa, haqqında danışdığımız sahənin tamamilə yoxa çıxması təhlükəsi ilə üz-üzə qalacağıq.

Qısa bir xatırlatma edək, RİO-2016 oyunlarında yüngül atletika üzrə kişilər və qadınlar arasında 47 dəst medal oynanılmışdı. İdman növləri arasında ən çox medal qazanmaq imkanının məhz yüngül atletikada olduğunu nəzərə alsaq, Azərbaycanda bu idman növünün inkişafına xüsusi diqqətin ayrılması vacibdi. Ramilləri qazanmaq lazımdı, itirmək yox. Sloqanda deyildiyi kimi, "Qazanmağı öyrən!”. 
 
P.S.: Mövzu ilə bağlı mütəxəssislərə və tərəflərə tribuna verməyə hazırıq.
 
Rafael
Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

Facebookdan bizi izləməyi unutmayın.
X