Helikopter qəzasında ölən amerikalı basketbolçu Kobe Brayantın qızı Nataliyanın fotosu tənqidə səbəb olub.
Fanat.Az xəbər verir ki, 17 yaşlı qız atası, həmçinin onunla birlikdə qəzada ölən bacısı Ciannanın həkk olunduğu qrafitinin önündə gülərək poz verib və fotonu sosial mediada yayımlayıb.
Kobe Brayantın həyat yoldaşı Vanessa Brayant da kiçik qızı və Nataliya ilə birlikdə bənzər fotosunu paylaşıb.
Onların fotoları tənqidlərə səbəb olub. Əksəriyyət fotolara "iyrənc" şərhini yazıb.
Qeyd edək ki, 41 yaşlı əfsanəvi basketbolçu Kobe Brayant və 13 yaşlı qızı Cianna yanvarın 26-da baş verən helikopter qəzasında dünyalarını dəyişiblər.
Fanat.Az