Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Xəzər Lənkəran”ın bu turnirə, eləcə də yeni mövsümə hazırlıq planları müəyyənləşib. Azerisport.az xəbər verir ki, cənub təmsilçisi iyunun ikinci yarısında bir araya gələcək.
Komanda təlim-məşq toplanışı üçün Almaniyaya yollanacaq. Hazırlıq prosesi zamanı Con Toşak yetirmələrini iki sınaq matçında yoxlamağı planlaşdırır. Həmin görüşlərin iyunun 28-də və 30-da keçirilməsi nəzərdə tutulub. Rəqiblərin kimliyi isə hələlik bəlli deyil.
Toşak toplanışa qədər Azərbaycana gəlməyəcək. Hazırda istirahətdə olan uelsli mütəxəssis komandaya Münhendə qoşulacaq.
İdman24.az