21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin oyunu təxirə salınıb.
Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsində baş tutmalı olan İsveçrə – Azərbaycan matçı nəzərdə tutulduğu tarixdə - martın 26-da keçirilməyəcək.
Qarşılaşma koronavirus epidemiyasına görə qeyri-müəyyən müddətə təxirə düşüb. Bu, AFFA və İsveçrə Futbol Assosiasiyası arasında əldə olunmuş qarşılıq razılığa və UEFA-nın təsdiqinə əsasən gerçəkləşib.
Fanat.Az