Bakıda keçirilməsi planlaşdırılan karate üzrə Avropa çempionatı ləğv olunub.
Fanat.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov məlumat verib. O bildirib ki, belə bir qərar koronavirus infeksiyası ilə əlaqədar qəbul olunub.
İbrahim Məmmədov 5-7 iyunda nəzərdə tutulan "Formula 1" üzrə Azərbaycan Qran-prisi barədə hələ qərar qəbul olunmadığını söyləyib.
Qeyd edək ki, karate üzrə Avropa çempionatı 25-29 martda keçirilməli idi.
Fanat.Az