"Arsenal"ın koronavirusa yoluxan baş məşqçisi Mikel Arteta tvitter hesabı vasitəsilə müraciət ünvanlayıb.
Fanat.Az xəbər verir ki, ispan çalışdırıcı səhhətinin yaxşı olduğunu bildirib:
"Sözlərinizə və dəstəyinizə görə hamınıza təşəkkür edirəm. Artıq özümü yaxşı hiss edirəm. Hamımız böyük və misilsiz problemlə üz-üzəyik. İnsanların sağlamlığı hər şeydən önəmlidi. Təlimatlara əməl edərək bir-birimizi qoruyaq. Biz birlikdə bu problemin öhdəsindən gələcəyik. Düzgün qərar qəbul etdiyinə görə Premyer Liqaya əhsən düşür".
Fanat.Az