"Qarabağ"ın maraq dairəsinə düşən Aleksey İsayevin "Sumqayıt"dan ayrılmaq ehtimalı getdikcə artır.
Fanat.Az xəbər verir ki, müqaviləsinin müddəti mövsümün sonunda başa çatan İsayev çempionatın sonuna az vaxt qalsa da, "kimyaçılar"dan yeni təklif almayıb.
Ağdam komandasına yollanmağa ümidli olan Alekseyin yekunda hansı qərarı verəcəyini təbii ki, zaman göstərəcək. Bəs görəsən "Sumqayıt" bu yöndə hər hansı addım atıbmı? Elə bu suala cavab almaq üçün klubun mətbuat katibi Rəşad Məmmədovla əlaqə saxladıq. "Gənclik şəhəri" təmsilçisinin sözçüsü tərəflərin yeni anlaşma ilə bağlı hələ danışıq aparmadığını təsdiqlədi. Klub rəsmisinin "yəqin ki, müqaviləsinin müddəti uzadılacaq" söyləməsi isə yarımmüdafiəçinin "Sumqayıt"da qalacağının dəqiqləşdiyi anlamına gələ bilməz.
Fanat.Az