"Yuventus"un yarımmüdafiəçisi Miralem Pyaniç karyerasını Fransada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, PSJ Pyaniçin xidmətində maraqlıdı. Bu barədə idman jurnalisti Nikolo Skira məlumat yayıb.
"Parislilər"in idman direktoru Leonardo artıq bosniyalı futbolçunun meneceri Fali Ramadani ilə əlaqə yaradıb. Transferin reallaşma ehtimalları yüksək qiymətləndirilir.
Pyaniç 2016-cı ildən "Yuventus"da çıxış edir. 29 yaşlı oyunçu İtaliya A Seriyasının cari mövsümündə 3 qol vurub və 4 assist edib.
Fanat.Az