"Həyatımda heç vaxt belə vəziyyətə düşəcəyim barədə fikirləşməmişəm. Bu oyunu hamımız birlikdə oynasaq, qurtulmaq şansımız var".
Fanat.Az-ın məlumatına görə, bu sözləri AFFA-nın millimizə baş məşqçi təyin etməyə hazırlaşdığı 2 namizəddən biri olan Canni De Byazi "Abcnews.al" saytına açıqlamasında deyib.
"Skype" vasitəsi ilə canlı yayıma qoşulan mütəxəssis koronavirus pandemiyası ilə bağlı fikirlərini bölüşüb.
Venesiyadakı evində olan 64 yaşlı mütəxəssis belə danışıb: "İndiki durumda futbol oynamaq olmaz. Şübhəsiz, çətin vəziyyətdəyik. Gördüyünüz kimi, ev dustağıyam. Reallıqla barışmalı, duruma uyğunlaşmağa çalışmalıyıq. Virusa yoluxmamaq üçün insanlarla təmasdan mümkün qədər çəkinməliyik. Özünüzü yaxşı qoruyun, vacib deyilsə, evdən çıxmayın. İndi çox güclü komandaya çevrilməliyik. Futbolçu, məşqçi, sadə vətəndaş fərq etməz, bu virusa qarşı birlikdə mübarizə aparmalıyıq".
Fanat.Az