"Yuta"nın mərkəz oyunçusu Rudi Qoberdən avtoqraf alan Boston məktəblisində koronavirus aşkarlanıb.
Fanat.Az xəbər verir ki, amerikalı ikinci sinif şagirdi 6 martda "Seltiks" və "Caz" arasında oynanılan matçda Qoberə yaxınlaşaraq ondan avtoqraf istəyib. Bu gün onun da koronavirusa yoluxduğu məlum olub.
Çərşənbə günü fransız basketbolçuya koronavirus diaqnozu qoyulmuşdu. "Yuta" oyunçuları Qoberin paltardəyişmə otağında diqqətsiz davranaraq onların əşyalarına toxunduğuna dair açıqlamalar veriblər.
Qeyd edək ki, Qoberdən sonra "Caz"ın digər basketbolçusu - Donovan Mitçell də koronavirusa yoluxub.
Fanat.Az