"Fiorentina"nın daha iki futbolçusu koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, hücumçu Patrik Kutrone və icarə əsasında komandada çıxış edən müdafiəçi Herman Petselyanın analiz nəticələri pozitiv çıxıb. Onlarla yanaşı, "bənövşəyilər"in fizioterapevtində də koronavirus aşkarlanıb.
Daha əvvəl "Fiorentina"nın oyunçusu Duşan Vlaxoviç koronavirusa yoluxmuşdu.
Fanat.Az