"Barselona" (Barcelona) müqavilə müddətinin uzadılması ilə bağlı Mark-Andre ter Şteqenlə (Marc-Andre ter Stegen) danışıqlar aparır.
Fanat.Az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Barsa"nın idman direktoru Erik Abidal və ter Şteqenin meneceri Herd fon Brux arasında gedən müzakirələrdə irəliləyiş əldə olunub. Katalon klubu alman qapıçının sözləşməsini 4-5 il müddətinə uzatmaq istəyir.
Ter Şteqenin hazırkı müqaviləsi 2022-ci ildə başa çatır.
Cari mövsümdə La Liqada 26 matçda meydana çıxan 27 yaşlı qolkiper 20 qol buraxıb. Ter Şteqen 6 oyunda qapısında qol görməyib.
Fanat.Az