"Mançester Yunayted" (Manchester United) Pol Poqbanı (Paul Pogba) komandada saxlamaq niyyətindədi.
Fanat.Az xəbər verir ki, MY rəsmiləri ötən həftə Poqbanın meneceri Mino Rayola ilə əlaqə yaradaraq müqavilənin uzadılmasına dair opsiyanı aktivləşdirmək istədiklərini qarşı tərəfin nəzərinə çatdırıblar. Razılaşma əldə olunsa, fransız futbolçunun sözləşməsi 2022-ci ildə bitəcək.
"Qırmızı şeytanlar"ın istəyinə baxmayaraq, Poqbanın "Yuventus"a (Juventus) qayıtmaq istədiyi bildirilir.
Fanat.Az