"Sabah bizi çətin matçın gözlədiyini bilirik. Bunu nəzərə alıb meydana çıxmalıyıq". Fanat.az xəbər verir ki, bu sözləri "Qalatasaray"ın baş məşqçisi Roberto Mançini deyib.
"Qalatasaray" sabah Çempionlar Liqasının qrup mərhələsində son oyununu "Yuventus"a qarşı keçirəcək. İstanbul klubu mərhələ adlamaq üçün mütləq qələbə qazanmalıdı. Oyundan bir gün öncə jurnalistlərin önünə çıxan italyan mütəxəssis qələbədən başqa heç nə düşünmədiklərini bildirib: "Yuventus" kimi güclü bir komandaya qarşı çətin oyuna çıxacağıq. Qrupdakı vəziyyət bəlkə bizim üçün daha risklidi. Evimizdə oynayacağıq və azarkeşlərimizin uğurda nə qədər önəmli olduğunu bilirik. Bizə həmişəki kimi yardımçı olacaqlar. "Yuventus"u qol buraxmadan yenmək istəyirik".
Mançini bildirib ki, "Qalatasaray" prezidenti Ünal Aysal Avropa Liqasına vəsiqə qazanmalarının da onlar üçün dünyanın sonu olmadığını deyib: "Başqanımız çox ağıllı adamdı və ağıllı sözlər söyləyir. Bizim hədəfimiz nə olursa-olsun mərhələ keçməkdi. Futbola savaş gözü ilə baxırıq. Amma mübarizəyə Avropa Liqasında davam etsək, bu dünyanın sonu olmayacaq".
Fanat.az