Millimizin braziliyalı üzvü Riçard Almeydanın uğurları üçün tər tökdüyü "Baniyas" Birləşmiş Ərəb Əmirlikləri çempionatında növbəti matçını keçirib.
Fanat.Az xəbər verir ki, Riçardın komandası 19-cu turda "Al İttihad Kalba"nı qəbul edib və əzmkar qələbə qazanıb - 2:1.
Meydana start "11-lik"də çıxan Almeyda sonadək oynayıb. Azərbaycan yığmasının cənubi amerikalı yarımmüdafiəçisi 52-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək komandasının bərabərlik qolunun müəllifi olub.
19 oyuna 23 xal yığan "Baniyas” 14 iştirakçı arasında 9-cudu.
Fanat.Az