Türkiyənin «Bucaspor» klubu «Qəbələ»yə rəsmi təklif göndərib. Fanat.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Sait Karafırtınalar məlumat verib.
Baş məşqçi bildirib ki, 2010/11 mövsümündə komandanın formasını geyinən Viktor Mednini geri qaytarmaq istəyirlər. 32 yaşlı forvardın transferinə razılıq verən Sait Karafırtınalar «Mendi sürətli oyunçudu. PTT 1-ci liqada bizə fayda verər», deyib.
Qeyd edək ki, Mendi 2010/11 mövsümündə «Bucaspor»da 30 oyun keçirib və 3 qol vurub. 2011-ci ildə «Qəbələ»yə gələn seneqallı forvard 51 oyunda 14 dəfə fərqlənib. Başa çatan mövsümdə o, «Qəbələ» formasını 24 oyunda 1518 dəqiqə geyinib və 6 dəfə rəqib qapılarına yol tapıb.
İdman24.az