"Yuventus" Kriştianu Ronaldunun müqaviləsinin müddətini uzada bilər.
Fanat.Az "Tuttosport"a istinadən xəbər verir ki, Turin klubu Ronalduya 2 illik anlaşma təklif etməyi planlaşdırır. Portuqaliyalı futbolçunun hazırkı sözləşməsi 2022-ci ildə başa çatır. Tərəflər arasında anlaşma əldə olunacağı halda, o, 39 yaşına kimi "Yuve"nin formasını geyinəcək.
"Qoca Sinyora" Ronaldunun ətrafında komanda qurmaq niyyətindədi. İlk növbədə yaşı 30-dan az olan ulduz hücumçu transferi nəzərdə tutulub. "Yuventus"un siyahısında Timo Verner ("Layptsiq"), Harri Keyn ("Tottenhem"), Qabriel Jezus ("Mançester Siti") və Mauro İkardi (PSJ) kimi oyunçuların adları var.
Qeyd edək ki, Ronaldu hazırda "Yuventus"da ilinə 31 milyon avro qazanır.
Fanat.Az