PSJ-nin (Paris Saint-Germain) baş məşqçisi Tomas Tuhel (Thomas Tuchel) mövsümün sonunda komandanı tərk edə bilər.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, Tuhelin Almaniyaya qayıtması gündəmdədi. "Bavariya" (Bayern Munich) 46 yaşlı çalışdırıcının xidmətində maraqlıdı.
"Calciomercato"nun məlumatına görə, "Yuventus"un (Juventus) sabiq baş məşqçisi Massimiliano Alleqri (Massimiliano Allegri) isə Tuheli PSJ-də əvəzləyə bilər.
PSJ hazırda 12 xal fərqlə Fransa Liqa 1-də liderdi. Paris təmsilçisi Dortmund "Borussiya"sını (Borussia Dortmund) mübarizədən kənarlaşdıraraq Çempionlar Liqasında (Champions League) 1/4 finala yüksəlib.
Hans-Diter Flikin (Hans-Dieter Flick) gəlişindən sonra "Bavariya" uğurlu nəticələr göstərir. "Münhenlilər" Bundesliqada birinci sırada qərarlaşıb. ÇL-in 1/8 final mərhələsinin ilk görüşləri çərçivəsində keçirilən oyunda "Çelsi"ni (Chelsea) səfərdə 3:0 hesabı ilə məğlub edən Almaniya klubu mərhələ adlamağa yaxındı.
Fanat.Az