"Mançester Yunayted" "Ayaks"ın hücumameyilli yarımmüdafiəçisi Donni van de Beki transfer etmək niyyətindədi
Ötən yay van de Bek "Real"a keçməyə yaxın idi. Hətta tərəflər arasında ilkin razılıq da əldə olunmuşdu. Sadəcə, Madrid klubunun Qaret Beyl və Hames Rodriqesi sata bilməməsi sonda transferin baş tutmasına mane oldu.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, "Real" ilkin razılığa dair sözləşmədən imtina edəcəyi təqdirdə, MY keçidi həll edə bilər. Van de Bekin gələcəyinin "kral klubu"nun əlində olduğunu deyə bilərik.
Yanvar aynda "De Telegraaf" nəşrinin futbol yazarı Valenteyn Drissen "Real"ın bu yay niderlandlı oyunçunu heyətinə qatacağına dair məlumat yaymışdı.
Cari mövsümdə Erediviziyada 23 matçda meydana çıxan Donni van de Bekin aktivində 8 qol, 6 məhsuldar ötürmə var.
Fanat.Az