"Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanq (Pierre-Emerick Aubameyang) karyerasını "Barselona"da (Barcelona) davam etdirmək istəyir.
Fanat.Az İspaniyanın "Sport" nəşrinə istinadən xəbər verir ki, Obameyanq hələ də "Barselona"nın əsas transfer hədəflərindən biridi. Katalon klubu yanvar ayında da 30 yaşlı futbolçu ilə yaxından maraqlanırdı.
Nəşr Obameyanqın qohumlarının bir neçə aydı Barselonanın yaxınlığındakı sahil şəhərlərindən birində yaşadığını qeyd edib.
Cari mövsümdə Premyer Liqada 26 matçda meydana çıxan qabonlu forvardın aktivində 17 qol, 2 məhsuldar ötürmə var.
Fanat.Az