"İnter" hələ də "Barselona"nın (Barcelona) yarımmüdafiəçisi Arturo Vidalın xidmətində maraqlıdı.
Ötən yay "transfer pəncərəsi"ndə "İnter"in baş məşqçisi Antonio Konte (Antonio Conte) Vidalı "İnter"ə keçməyə razı salmağa çalışmışdı. "Barselona"da daha çox oyun vaxtı almağa başladığını əsas gətirən 32 yaşlı futbolçu italiyalı çalışdırıcının təklifini rədd etmişdi.
Fanat.Az İspaniyanın "Sport" nəşrinə istinadən xəbər verir ki, Konte bu yay yenidən Vidalı komandasına qatmaq üçün cəhd edəcək. Onlar "Yuventus"da birlikdə işləyiblər.
"Barselona"nın "İnter"in hücumçusu Lautaro Martinesin (Lautaro Martinez) transfer qiymətini azaltmaq üçün çilili oyunçunu qarşı tərəfə göndərəcəyi gözlənilir.
Fanat.Az