İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "Börnli"nin baş məşqçisi Şon Dayç mükafata sahib çıxıb. 48 yaşlı mütəxəssis Ule-Qunnar Sulşer ("Mançester Yunayted"), Mikel Arteta ("Arsenal") və Kris Uaylderi ("Şeffild Yunayted") qabaqlayıb.
Fevral ayında PL-də 4 matç keçirən "Börnli" məğlub olmayıb və 8 xal toplayıb.
Şon Dayç karyerası ərzində ikinci dəfə ayın məşqçisi seçilib.
Fanat.Az