İspanlar dünya futboluna düşən qeyri-adi transferə imza atıb. Apasport.az saytının məlumatına görə, “Betis” “Numansiya”nın konqolu yarımmüdafiəçi Sedrik Mabvatini cəmi 1,2 avroya transfer edib. 21 yaşlı legioner Sevilya təmsilçisi ilə uzun müddətli müqavilə imzalayıb.
Sedrikin belə ucuz başa gəlməyi onunla bağlıdır ki, “Numansiya”ilə müqaviləsində istənilən kluba pulsuz keçə bilməyi ilə bağlı bənd olub. “Betis” həmin kiçik məbləği İspaniya Futbol Federasiya rüsum olaraq ödəyib.
Qeyd edək ki, Mabvati bunadək “Atletiko”ya məxsus olaraq onun əvəzedici komandasında oynayıb.
İdman24.az