AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı açıqlanrıb. Fanat.az xəbər verir ki, komitə üzvləri dekabrın 18-də AFFA-nın inzibati binasında toplaşacaq. Saat 11.00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər salınıb:
1. Azərbaycan milli komandasının baş məşqçisi məsələsinin müzakirəsi
2. UEFA yarışlarında və Topaz Premyer Liqasında iştirak üçün lisenziya almaq istəyən klublarda fiziki hazırlıq üzrə məşqçinin olmasının lisenziyalaşdırma prosesində A dərəcəli meyar kimi qəbul olunması
3. AFFA-nın təşkil etdiyi uşaq və yeniyetmə liqaları ilə bağlı yeni təkliflərin müzakirəsi
4. Digər məsələlər
Fanat.az