Yaponiya Futbol Assosiasiyasının prezidenti, ölkənin Olimpiya Komitəsinin sədr müavini Kozo Tasimada koronavirus aşkarlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə Yaponiya Futbol Assosiasiyası bəyanat yayıb. Tasima 28 fevral - 8 mart tarixləri aralığında Avropa ölkələrinə və ABŞ-a səyahət edib. Serbiya Futbol Federasiyasının prezident Slavişa Kokezanın koronavirusa yoluxduğu məlum olduqdan sonra 62 yaşlı funksioner də analiz vermək qərarına gəlib. UEFA-nın Amsterdam şəhərində keçirilən iclasında Tasima və Kokeza yanaşı oturublar.
Tasima hazırda vəziyyətinin qənaətbəxş olduğunu bildirib və son zamanlarda təmasda olduğu federasiya rəsmilərindən, işçilərdən və jurnalistlərdən üzr istəyib.
Fanat.Az