10 komandanın iştirakı ilə keçirilən Yeni Zelandiya çempionatı koronavirusa görə vaxtından əvvəl yekunlaşıb.
Fanat.Az Yeni Zelandiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qərar hökumət nümayəndələri, klub rəsmiləri və sağlamlıq üzrə mütəxəssislərin qatıldığı toplantıdan sonra qəbul olunub.
26 turu keçirilən elitada 37 xalla zirvədə qərarlaşan "Oklend Siti" çempion sayılıb. Qalib elan edilən kollektiv və 2-ci pillədə mövqe tutan "Tim Vellinqton" ölkəni Okeaniya Çempionlar Liqasında təmsil edəcək.
Fanat.Az