AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib:
"İnter” - “Şuşa” matçının 84-cü dəqiqəsində “Şuşa”nın futbolçusu İsrafil Qarayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.
“Araz” - “Simurq” matçında “Araz”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
Oyunun 90+3-cü dəqiqəsində “Simurq”un futbolçusu Tural Axundov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.
“Qarabağ” - AZAL matçının 64-cü dəqiqəsində AZAL-ın futbolçusu Aleksandr Şemonayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.
“Qaradağ” - “Rəvan” matçının 36-cı dəqiqəsində “Qaradağ”ın futbolçusu Elçin Cəfərov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.
“Mil-Muğan” - “Qəbələ” matçının 11-ci dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Çərkəz Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman hakimləri təhqir etdiyinə görə futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur.
Fanat.az