Ulduz futbolçuların meydandakı performansı qədər şəxsi həyatı da daim diqqət mərkəzindədi. Onların sevgililəri və həyat yoldaşları həmişə azarkeşlərin diqqətini çəkir. Belə futbolçulardan biri də Radamel Falkaodu.
Uruqvaylı futbolçunun həyat yoldaşı Loreli Taron da özü qədər məşhur simadı. 17 iyun 1988-ci ildə Argentinada doğulan Taron Polşa əsillidi.
Falkao və Taron 2007-ci ildən birlikdədi. Onların 3 qızı var. İlk övladları - Dominike Qarsiya Taron 2013, ikinci Desire Qarsia Taron 2015, üçüncü qızları Annette Qarsia Taron 2017-ci ildə dünyaya gəlib. Loreli Taron Polşa əsilli olduğuna görə, övladları həm də bu ölkənin pasportunu daşıyır.
Loreli Taron Argentinada məşhur müğənni olsa da, üçüncü qızı dünyaya gələndən sonra karyerasına fasilə verib.
Fanat.Az