AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri I divizionun XIII turunun oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib:
“Kəpəz” - MOİK matçının 56-cı dəqiqəsində MOİK-in futbolçusu Cavid Həziyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.
“Turan-T” - “Qaradağ” matçında “Qaradağ”ın 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
“Şəmkir” - “Neftçala” matçında “Şəmkir”in 5, “Neftçala”nın 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klublar 100 manat cərimə olunur.
“Göyəzən” - “Energetik” matçında “Göyəzən”in 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
“Lokomotiv” - “Bakılı” matçının 67-ci dəqiqəsində “Bakılı”nın futbolçusu Rövşən İsmayılov aqressiv oyuna görə biraşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur.
“Araz” - “Ağsu” matçında “Araz”ın 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
“Mil-Muğan” - “Şahdağ” matçında “Mil-Muğan”ın 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
Oyunun 55-ci dəqiqəsində “Mil-Muğan”ın baş məşqçisi Mətləb Məmmədov hakimləri təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunur.
Fanat.az