Azərbaycanda qapıya papaq atan futbolçular - VİDEO
"CBC Sport"da "Gəl, Novruzum" adlı bayram buraxılışı efirə gedib.
Fanat.Az xəbər verir ki, Novruz bayramının gəlişinə həsr olunan verlişdə bir-birindən maraqlı anlar yaşanıb.
"Qarabağ"dan Mahir Emreli, "Səbail"dən Ürfan Abbasov, "Qəbələ"dən Asif Məmmədov, həmçinin cüdoçu Rüstəm Orucov, güləşçi Cəbrayıl Həsənov və başqaları tonqal ətrafına yığışıb. Onlar Novruzun adət-ənənələrinə uyğun olaraq yumurta döyüşdürüb.