Şeydayev çaydan çilədi, özəl kampaniyaya start verdi - VİDEO
Millimizin hücumçusu Ramil Şeydayev koronavirus pandemiyasına qarşı "evdə qal, sağlam qal" çağırışına qoşulub.
Fanat.Az xəbər verir ki, "Sabah"ın forvardı kampaniyaya qoşulan digərlərindən fərqli olaraq tualet kağızı yox, elektrik çaydanı çiləyib. Ön xətt oyunçusu videonu sosial şəbəkə hesabında paylaşıb və belə yazıb:
"Davam edirik. Bəs siz top əvəzinə nə çiləyə bilərsiniz? Ən yaradıcı videoya Bakıda istədiyi restoranda mənimlə 2 nəfərlik nahar yeməyi və oyun köynəyi məndən hədiyyə".