AFFA-nın təşkilatçılığı ilə keçirilən yarışlarda hakimlər təhqir olunub. Fanat.az xəbər verir ki, U-11 liqasının UGİM (Qax) - UGİM (Qəbələ) matçının 38-ci dəqiqəsində Qəbələ təmsilçisinin baş məşqçisi Anar Surxayevin hakimləri təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalandırılıb.
U-17 liqasının “Rəvan” - “Bakı” matçının 40-cı dəqiqəsində “Rəvan”ın futbolçusu Əlibəy Məmmədli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb və 4 oyunluq cəzalandırılıb. U-14 liqasının UGİM (Beyləqan) - “Füzuli” matçının 60+1-ci dəqiqəsində UGİM-in futbolçusu Amin Firidunlu hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığından qarşıdakı 2 oyunu buraxacaq.
Fanat.az