Ukrayna milli komandası Avro-2020-yə vəsiqə qazandığına görə rekord məbləğdə mükafat alıb.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı ölkə futbol federasiyasının prezidenti Andrey Pavlenko verib. O, yığmaya 4 milyon dollar mükafat ayrıldığını söyləyib. Qurum başqanı mükafatların bölüşdürülməsi hüququnun baş məşqçi Andrey Şevçenko və komandanın kapitanı Andrey Pyatova verildiyini deyib.
Fanat.Az