"Tottenhem"in belçikalı müdafiəçisi Tobi Alderveyreld koronavirusla mübarizə aksiyasına qoşulub.
Fanat.Az xəbər verir ki, bu barədə 31 yaşlı futbolçu şəxsi "Twitter" səhifəsində yazıb. Arxa xətt oyunçusu xəstələrin videobağlantı vasitəsilə ailələri ilə rahat danışması üçün onlara planşet almağı hədəflədiyini bildirib:
"Kimin yardım etmək imkanı varsa, xahiş edirəm, etsin. Hər kəsin özünü güvəndə hiss etməsi çox önəmlidi. Virus bir sıra ehtiyaclar yaradır. Özəlliklə, insanlarla ünsiyyətdən uzaq qalırıq. Xəstə olanlar dostlarını və ailələrini görə bilmir. Mənim bir planım var. Xəstəxanalara və karantin evlərinə çoxlu planşet göndərmək istəyirəm. Düşünürəm ki, planşet alsam, insanlar sevdikləri ilə daha rahat əlaqə saxlaya, çətin dövrü videobağlantıların köməyi ilə geridə qoya bilər".
Fanat.Az