"Liverpul”un müdafiəçisi Joel Matip İngiltərə mətbuatına müsahibə verib.
Fanat.Az xəbər verir ki, arxa xətt oyunçusu Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda "Barselona” üzərində qazanılan 4:0 hesablı parlaq zəfəri yada salıb:
"Oyundan sonra azarkeşlərlə məşhur mahnımızı oxuduq. Bu, karyeramdakı ən gözəl anlardan biri idi. Heç bir şey haqqında düşünmürdük. Azarkeşlərlə əylənirdik. Daha sonra dopinq testindən keçmək üçün otağa gəldim. Orada məyus halda duran bir nəfər var idi – Lionel Messi. Bir-birimizi meydandan tanıyırdıq. Ancaq bu dəfə fərqli idi. Maraqlı durum idi... Sanki hər gün görüşüb qəhvə içən iki dost idik. Bayırda hamı qələbəni bayram edirdi. Mən isə balaca otaqda Messi ilə oturmuşdum”.
Fanat.Az