"Qarabağ” futbol klubu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin koronavirus pandemiyası əleyhinə mübarizə çağırışına qoşulub. Gün başlarkən klubun himayədarı olan "Azərsun Holdinq” Şirkətlər Qrupu ilk addımı atmışdı, davamını əsas komanda üzvləri gətirib.
Fanat.Az xəbər verir ki, ölkə başçısının fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna "Qarabağ” futbolçuları 50 min manat köçürüb. Oyunçular şəxsi təşəbbüsləri ilə öz aralarında bu vəsaiti topayaraq, nəcib işə qol qoyublar. Onlar maaşlarından müəyyən miqdar ayırmağı lazım bilib. (koronavirusinfo.az)
Xatırladaq ki, "Azərsun Holdinq” Şirkətlər Qrupu da fonda 2 milyon manat məbləğində dəstək vermişdi.
Fanat.Az