"Football World Rankings” portalı dünyanın ən yaxşı klublarının yeni reytinq cədvəlini yeniləyib.
Fanat.Az xəbər verir ki, 1000 klubun yer aldığı siyahıda Azərbaycanın iki təmsilçisinin – "Qarabağ” və "Neftçi”nin adı var.
Ağdam klubu 10 pillə irəliləyərək 1054 xalla 599-cu pillədə mövqe tutub. 818 xalı olan "Neftçi" isə 678-ci pillədən 674-cü yerə qalxıb.
Siyahıya UEFA Çempionlar Liqasının sonuncu qalibi "Liverpul” (İngiltərə) başçılıq edir. "Flamenqo” (Braziliya) ikinci, "Barselona” üçüncü pillədə qərarlaşıb.
Fanat.Az