"Xəzər Lənkəran" TV 2013-cü ilin ən yaxşı qolunu seçir. Fanat.az xəbər verir ki, bunun üçün klubun rəsmi saytında olan sorğu bölümündə bəyəndiyiniz qolu seçmək kifayətdi. Səsvermə həmçinin "Xəzər Lənkəran"ın rəsmi "Facebook" səhifəsində də aparılır.
"İlin qolu" nominasiyasında aşağıdakı altı qol təqdim edilir:
1. Rahid Əmirquliyev ("Rəvan", səfər, 27.02.2013)
2. Kazım Kazımlı ("Turan", ev, 08.05.2013)
3. Rahid Əmirquliyev ("Slima Uonderers", ev, 11.07.2013)
4. Deyvid Sakkoni (AZAL, səfər, 22.09.2013)
5. Rasim Ramaldanov ("Neftçi", neytral, 23.10.2013)
6. Elnur Abdullayev (AZAL, ev, 30.11.2013)
Qeyd: İlin son iki oyunundan asılı olaraq siyahıya əlavələr edilə bilər.
Fanat.az